Əsas səhifə » Türkiyənin kimyəvi məhsul ixracı artıb (ÖZƏL)

Türkiyənin kimyəvi məhsul ixracı artıb (ÖZƏL)

Naile Babazade

Bakı, AzerVoice

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 20 milyard 998 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 2 milyard 579 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 31 milyard 996 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice