Bakı, AzerVoice
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin İrana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz azalaraq, 1,8 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə İrana 287 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 71,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 1 milyon 363 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 148 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 1 milyon 569 min dollar məbləğində dəri məhsulları ixrac edib.