Əsas səhifə » Türkiyənin hazır geyim ixracı azalıb (ÖZƏL)

Türkiyənin hazır geyim ixracı azalıb (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 21,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice