Əsas səhifə » Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Naile Babazade

Bakı, AzerVoice

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 1 milyard 36 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 148 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 1 milyard 569 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice