Bakı, AzerVoice
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 347,5 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Azərbaycana 46,8 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 13,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 20 milyard 998 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 579 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 31 milyard 996 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.