Əsas səhifə » Türkiyənin ABŞ-a polad ixracı artıb (ÖZƏL)

Türkiyənin ABŞ-a polad ixracı artıb (ÖZƏL)

Orkhan Qadirzade

Bakı,AzerVoice

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin ABŞ-a polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 39,4 faiz artaraq, 483,7 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyə ABŞ-yə 48,5 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 22,2 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz artıb, 10 milyard 754 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1  milyard 411 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 15 milyard 951 milyon dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice