Əsas səhifə » Türkiyənin əczaçılıq şirkəti Bişkekdə müəssisə açacaq

Türkiyənin əczaçılıq şirkəti Bişkekdə müəssisə açacaq

Aytac Suleymanova

Bakı. AzerVoice:

Türkiyənin əczaçılıq şirkəti Bişkekdə müəssisə açacaq.

AzerVoice-un məlumatına görə, Qırğızıstan Nazirlər Şurasının sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyənin “Battal Holding” dərman şirkətinin prezidenti Mehmet Berat Battal ilə görüşüb.

Görüşdə Mehmet Berat Battal, şirkətin Qırğızıstan Respublikasında investisiya layihəsinin həyata keçirilməsi və səhiyyə sahəsində əməkdaşlıq edərək yeni tərəfdaşlıqların qurulması məsələsini dəyərləndirdiyini bildirib və Qırğızıstanda müəssisə açmağa hazır olduqlarını, daha sonra öz məhsullarını qonşu ölkələrə ixrac etmək niyyətində olduqlarını bildirib.

banner

Akılbek Japarov tam əməkdaşlığa, o cümlədən Bişkekdə obyektin tikintisi üçün torpaq sahəsinin ayrılmasına, vergi güzəştlərinin və elektrik enerjisinə görə güzəştlərin verilməsində maraqlı olduğunu bildirib, həmçinin şirkət rəhbərliyini Qırğızıstana səfərə dəvət edib.

Görüşlərin nəticəsi olaraq Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi ilə əczaçılıq sənayesində fəaliyyət göstərən səhmdar cəmiyyəti arasında anlaşma memorandumu və əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Battal Holdinq dərman istehsal edir. Onun sərvəti 21,2 milyon dollardır.

Digər Kateqoriyalar

2023 © AzerVoice