Əsas səhifə » Türkiyədən Fələstinə humanitar yardım aparacaq gəmi Mersin Beynəlxalq Limanından yola düşüb

Türkiyədən Fələstinə humanitar yardım aparacaq gəmi Mersin Beynəlxalq Limanından yola düşüb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyədən Fələstinə 109 TIR humanitar yardım aparacaq gəmi Mersin Beynəlxalq Limanından yola düşüb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

AFAD, Mersin Qubernatorluğunun koordinasiyasında və 29 qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırlanan 2 min 334 ton qida, gigiyena və sığınacaq məhsulları tırlara yüklənib.

banner

AFAD direktoru Cenk Yıldız, AFAD-ın koordinasiyasında 13 oktyabr 2023-cü ildən etibarən Fələstinə yardım materialları daşıyan 12 təyyarə və üç gəminin göndərildiyini bildirib.

O qeyd edib ki, Türkiyə bütün günahsız insanların yanındadır.

Yola çıxan gəminin Misirin Əl-Ariş limanına gedəcəyi, daha sonra yardım materiallarının Fələstinə çatdırılacağı bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice