Əsas səhifə » Türkiyədə təkrar emal müəssisəsində yanğın baş verib

Türkiyədə təkrar emal müəssisəsində yanğın baş verib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkiyənin Kırklareli vilayətindəki təkrar emal müəssisəsində yanğın baş verib.

AzerVoice xəbər verir ki, təkrar emal müəssisəsinin tullantı yağ anbarında yanğın naməlum səbəbdən baş verib.

Xəbər üzərinə hadisə yerinə xilasetmə, sağlamlıq və jandarma qrupları cəlb edilib.

banner

Obyektdə çalışan işçilər təxliyə edilib, ətrafda təhlükəsizlik tədbirləri görülüb.

Yanğın nəticəsində obyektdə dağıntılar baş verib, yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice