Əsas səhifə » Türkiyədə təbii qaz mərkəzi ilə bağlı layihə 2024-cü ildə həyata keçiriləcək – Aleksandr Novak

Türkiyədə təbii qaz mərkəzi ilə bağlı layihə 2024-cü ildə həyata keçiriləcək – Aleksandr Novak

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyədə təbii qaz mərkəzi ilə bağlı layihə 2024-cü ildə həyata keçiriləcək.

AzerPress-in məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı tərəfdaşlarımızla qiymətləndirmələr etmişik. Layihəyə uyğun yol xəritəsi hazırlamaq barədə razılığa gəldik ki, bu yaxınlarda təsdiqlənəcək. Biz, sözügedən yol xəritəsi çərçivəsində layihənin icrasına başlayacağıq. Türkiyəli tərəfdaşlarımız yaxın vaxtlarda Sankt-Peterburqa səfər edəcək, əminəm ki, bizim üçün faydalı olacaq. Layihənin 2024-cü ildə həyata keçirilməyə başlayacağına ümid edirik”,- deyə o bildirib.

banner

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice