Əsas səhifə » Türkiyədə qurulan Səudiyyə Ərəbistanı şirkətlərinin sayı azalıb (ÖZƏL)

Türkiyədə qurulan Səudiyyə Ərəbistanı şirkətlərinin sayı azalıb (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 44 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 şirkət azdır.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı şirkətlərinin məcmu kapitalı 35 milyon 590 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 39 milyon 135 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

banner

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Səudiyyə Ərəbistanı şirkətlərinin əksəriyyəti İstanbulda (35) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Səudiyyə Ərəbistanı şirkətlərinin ümumi kapitalı 29 milyon 750 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 18 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice