Bakı, AzerVoice
2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Almaniya kapitalı ilə 146 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 66 şirkət azdır.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 2 milyard 67 milyon 565 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 205 milyon 792 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (73) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 129 milyon 180 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Almaniya kapitalı ilə 51 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.