Əsas səhifə » Türkiyədə “Instagram” bağlanıb

Türkiyədə “Instagram” bağlanıb

Tasnim İsmixan

Bakı. AzerVoice

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən “Instagram”ın bloklanmasının səbəbi açıqlanıb. Bildirilib ki, radikal qərar “kataloq cinayətlər” kimi müəyyən edilən qaydalara uyğun olmadığı üçün verilib.

AzerVoice türk KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərar Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun sayt məlumatları sorğu səhifəsində yerləşdirilib.

Səlahiyyətlilər qadağanın nə vaxt ləğv ediləcəyinin “Instagram”ın mövqeyindən asılı olduğunu bildiriblər.

banner

Xatırladaq ki, Türkiyədə aprelin 29-dan “Threads”ə qadağa qoyulub.

Digər Kateqoriyalar

2023 © AzerVoice