19
Bakı, AzerVoice
Türkiyənin Tunceli vilayətində də hərbi maşının qəzaya uğraması nəticəsində 4 hərbiçi şəhid olub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Yerlikaya Tuncelinin Ovacık rayonunda zirehli maşının vəzifə yerinə yetirərkən aşması nəticəsində Jandarma Mütəxəssisi Çavuşlar Ömer Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Jandarma Mütəxəssisi Onbaşı Doğan Kızılateşin şəhid olduğunu, Jandarma Astsubay Çavuş Muhammet Koyuncunun isə yaralandığını açıqlayıb.
“Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə, qəhrəman Jandarma Təşkilatımıza və Millətimizə başsağlığı verirəm.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu