Əsas səhifə » Türkiyədə 40-dan çox tarixi əsər oğruları saxlanılıb

Türkiyədə 40-dan çox tarixi əsər oğruları saxlanılıb

Narmin Ağayeva

Bakı, AzerVoice

Türkiyədə mərkəzi İzmir şəhəri olmaqla 24 vilayətdə təşkil edilən ‘Define-1’ əməliyyatları zamanı türk tarixi əsərlərini xaricdəki hərrac evlərinə satan 47 şübhəli şəxs saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.

47 şübhəlinin tutulduğu əməliyyatda 6 min 325 sikkə, 997 əşya, beş detektor, üç sənədsiz silah və çoxlu patron ələ keçirilib.

banner

Cinayətkar dəstənin Türkiyədən qanunsuz qazıntılar yolu ilə tarixi əsərlər əldə edərək xaricdəki hərraclara qanunsuz yolla sataraq haqsız qazanc əldə etdikləri müəyyən edilib.
Bundan əlavə, 2020-ci ildə Xorvatiyada ələ keçirilərək Türkiyəyə qaytarılan 1057 türk mənşəli tarixi əsərin də məhz bu cinayətkar qruppun əli ilə ölkə xaricinə çıxarıldığı təsbit edilib.

Nazir Yerlikaya öz sosyal medya hesabında ‘Define-1’ əməliyyatından görüntülər də paylaşıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice