Əsas səhifə » Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq – Kacır

Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq – Kacır

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Bizim məqsədimiz, Türkiyəni yeni nəsil avtomobillərin istehsal mərkəzinə çevirməkdir. Buna nail olmaq üçün Togg-a dəstəyimizi davam etdirəcəyik və digər tərəfdən ölkəmizə yeni investisiyalar cəlb etmək üçün çalışacağıq. Xüsusilə elektrikli avtomobil mərkəzli çevrilməni Türkiyə üçün bir fürsət halına gətirməyə çalışırıq”,- deyə nazir bildirib.

banner

Çinə səfəri zamanı Farasis şirkəti ilə görüşdüklərini xatırladan Kacır, şirkətin Togg ilə birlikdə Gemlikdə akkumulyator istehsalı müəssisəsi quracağını qeyd edib.

“Biz mobillik sektorunda ağıllı nəqliyyat həlləri sahəsində mühüm layihələr həyata keçirən Huawei şirkətini də ziyarət etdik. Şirkətin Türkiyədə Ar-Ge mərkəzi var. Bu mərkəz mühüm işlər görür. Huawei tərəfindən istifadə edilən avtomobillərin bir çox məhsul və sistemlərinin Türkiyədə Ar-ge-nin baş ofisində inkişaf etdirildiyini eşitmək bizim üçün qürur idi. Türkiyənin bu sahədə sürətlənməsi və innovativ texnologiyaların istehsal bazası olması üçün səylərimizi davam etdirəcəyik”,- deyə Kacır əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, Togg, 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək, Togg-un sedan modelinin istehsalına 2025-ci ildə başlanacaq.

Aytac Süleymanova

Digər Kateqoriyalar

2023 © AzerVoice