Əsas səhifə » Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq – Səfir

Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq – Səfir

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bütün təcrübələri ilə Azərbaycanın yanındadır.

banner

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ikili ticarət hədəfinə çatmağa çalışırıq. Bu çərçivədə ticarətimiz 2023-cü ilin ilk 10 ayında 6 milyard dollara çatıb. Azərbaycanın hazırda ikinci ən böyük ticarət ortağıyıq”,- deyə səfir əlavə edib.

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

“Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.

C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice