Əsas səhifə » Türkiyə rekord göstərici ilə Beynəlxalq Dəniz Təşkilatına üzv olub – Uraloğlu

Türkiyə rekord göstərici ilə Beynəlxalq Dəniz Təşkilatına üzv olub – Uraloğlu

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə bu il rekord göstərici ilə Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olub.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Türkiyə 1999-cu ildən ən yüksək səs sayına çataraq və 143 ölkənin dəstəyini qazanaraq ardıcıl 13-cü dəfə Beynəlxalq Dəniz Təşkilatının (IMO) şurasına üzv seçilib. Seçkilərdə aldığımız dəstək uğurlu siyasət və dənizçilik sahəsində beynəlxalq qaydalara uyğun olaraq atılan konkret addımlar, eləcə də IMO-nun işində fəal iştirakımızla bağlıdır”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, Türkiyə ilk dəfə 1999-cu ildə Beynəlxalq Dəniz Təşkilatının şura üzvü seçilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice