Əsas səhifə » Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclası keçirilib

Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclası keçirilib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclasında iştirak ediblər.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə KİV bildirib.

Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclasında Türkiyə prezidentini, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini və Partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün və Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edib.

banner

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice