Əsas səhifə » Türkiyə Nazirlər Kabinetinin iclasında Qəzzadakı son vəziyyət müzakirə ediləcək

Türkiyə Nazirlər Kabinetinin iclasında Qəzzadakı son vəziyyət müzakirə ediləcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə sabah Nazirlər Kabinetinin iclası keçiriləcək.

AzerPress xəbər verir ki, iclas zamanı Qəzzadakı son vəziyyət, Türkiyənin Qəzzaya humanitar yardımları barədə müzakirələr aparılacağı gözlənilir.

Məlumata əsasən, Nazirlər Kabinetinin iclasının gündəliyində inflyasiya ilə mübarizə də yer alacaq.

banner

Bundan əlavə, Ankara-Afina xəttindəki son vəziyyət də müzakirə ediləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice