Bakı, AzerPress:
Qəzzadakı münaqişələrdə dörd günlük humanitar fasilə elan edilməsi ilə bağlı əldə olunan razılaşmanı müsbət hal kimi qiymətləndiririk.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“Ümid edirik ki, razılaşmaya tam əməl olunacaq və bu humanitar müdaxilə Qəzzada münaqişələrə son qoyacaq. Bölgədə sülhün təmin edilməsi və günahsız insanların öldürülməsini dayandırmaq üçün bütün səylərimiz davam edir. Bir daha vurğulayırıq ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmasa, bölgədə daimi sülh bərqərar olmayacaq.”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 15-20 noyabr tarixlərində Qəzzaya humanitar yardımlar göndərib, həmçinin, 144 qəzzalı Türkiyəyə təxliyyə edilib.