Əsas səhifə » Türkiyə-İran arasında nəqliyyat sahəsində yeni əməkdaşlıqlar planlaşdırılır – Uraloğlu

Türkiyə-İran arasında nəqliyyat sahəsində yeni əməkdaşlıqlar planlaşdırılır – Uraloğlu

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə-İran arasında nəqliyyat sahəsində yeni əməkdaşlıqlar planlaşdırılır.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu iranlı həmkarı ilə görüşü zamanı deyib.

Uraloğlu İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

banner

“Bu gün İranda iki partlayış nəticəsində İran vətəndaşlarının öldüyünü kədərlə öyrəndik. Yaralılara şəfalar, həyatını itirənlərə baş sağlığı diləyirəm. Bizim gözləntimiz, arzumuz və səyimiz coğrafiyamıza inamı təmin etməkdir” – deyə nazir bildirib.

Uraloğlu bildirib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində yeni əməkdaşlıqlar və potensial layihələr də dəyərləndirilib.

O, Türkiyə ilə İran arasında beynəlxalq ticarəti və əlaqələri inkişaf etdirmək üçün qərarlar qəbul etdiklərini vurğulayıb.

Bəzrpaş da avtomobil, dəmir yolu və hava nəqliyyatı məsələlərinin müzakirə edildiyi heyətlərarası görüşdə qonaqpərvərliyə görə Uraloğluna təşəkkür edib.

Görüşün sonunda Abdulkadir Uraloğlu iranlı həmkarına Osmanlı və Səlcuqlu motivləri olan vaza hədiyyə edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice