Əsas səhifə » Türkiyə ilə Qətər arasında müxtəlif sahələrdə müqavilələr imzalanıb

Türkiyə ilə Qətər arasında müxtəlif sahələrdə müqavilələr imzalanıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə ilə Qətər arasında müxtəlif sahələrdə 12 müqavilə imzalanıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə KİV bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Taninin iştirakı ilə müxtəlif sahələrdə 12 əməkdaşlıq sazişi və Ali Strateji Komitənin 9-cu iclasının Birgə Bəyannaməsi imzalanıb.

banner

Ərdoğan və Qətər Əmiri Şeyx Al Taninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı keçirilib.

Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilələrin imzalanma mərasimi baş tutub.

“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin Doqquzuncu Toplantısı haqqında Birgə Bəyannamə”ni Türkiyə xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani imzalayıb.

Qeyd edək ki, bu gün Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclası keçirilib.

Türkiyə prezidentini, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini və Partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi rəhbəri Haluk Görgün və Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice