Əsas səhifə » Türkiyə geostrateji mövqeyinə görə qlobal inkişafın mərkəzindədir – Yaşar Gülər

Türkiyə geostrateji mövqeyinə görə qlobal inkişafın mərkəzindədir – Yaşar Gülər

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə geostrateji mövqeyinə görə regional və qlobal inkişafın mərkəzindədir.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər deyib.

“Gərginliyin qarşıdurmalara, hətta müharibələrə çevrildiyi, beynəlxalq sınaqların son həddə çatdığı, tarazlıqların yenidən qurulduğu bir zamanda Türkiyə geostrateji mövqeyinə görə regional və qlobal inkişafın mərkəzindədir. Ölkəmiz bu müddət ərzində qardaş, dost və müttəfiq ölkələrin, xüsusilə Kipr, Azərbaycan, Liviya, Qətər, Somali, Kosovo, Bosniya və Herseqovinanın haqlı işinə dəstək verib. Rusiya-Ukrayna arasında atəşkəsin təmin edilməsi istiqamətində göstərdiyi səylərlə, Taxıl Dəhlizi sazişinin qüvvəyə minməsinə öncülük etmiş, atəşkəs və sülhün bərqərar edilməsi təşəbbüsləri ilə bütün dünyaya təsir edən hadisələrdə sülh və sabitlik adına uğurlu rol oynamışdır”,- deyə nazir bildirib.

banner

Yaşar Gülər bildirib ki, Türkiyə Cümhuriyyəti hazırda bölgəsində sülh, etimad və sabitliyin mərkəzi kimi izlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice