Əsas səhifə » Türkiyə fələstinli uşaqların ölümünə səssiz qala bilməz – Bahçeli

Türkiyə fələstinli uşaqların ölümünə səssiz qala bilməz – Bahçeli

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə fələstinli uşaqların ölümünə səssiz qala bilməz.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

“Fələstində soyqırım yaşanır. Uşaqların öldürülməsinə səssiz qala bilmərik. Türkiyə İsrail terroruna qarşı qətiyyətlə dayanır. Davamlı sülh üçün hətta sabah belə gec ola bilər”, – deyə o vurğulayıb.

banner

Bahçeli onu da bildirib ki, gələcək əsr ikinci türk əsri olacaq.

“Noyabrın 3-də Qazaxıstanda Türk dövlətlərinin sammiti keçirilib. Zirvə dünyaya mesaj verdi. Türk dünyasının birlik ruhu hər sahədə reallaşıb. Növbəti əsr ikinci türk əsri olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 10 mini keçib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice