Əsas səhifə » Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək – Uraloğlu

Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək – Uraloğlu

Aytac Suleymanova

Bakı. AzerPress:

Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

“Dəhlizlə bağlı tikinti və tender işləri davam edir. Ryni zamanda, Ermənistan da son vaxtlar dəhlizlə bağlı müsbət mesajlar verir. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Planlama və tender prosesi tamamlandığı zaman həyata keçiriləcək. Bu dəhlizlə Türk dünyasının quru sərhədləri bir-birinə bağlanacaq. İran da Zəngəzur dəhlizinə bağlanmaq istəyir və biz bunu da müzakirə edirik. Zəngəzur dəhlizi bizim üçün əvəzolunmazdır”,- deyə nazir bildirib.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice