97
Bakı, AzerPress:
Türk dövlətlərinin birliyi üçün vahid türk əlifbasının tətbiqi vacibdir.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Birliyimiz üçün dil və ortaq əlifba vacibdir. Bu məsələdə prezidentlərin dəstəyi vacibdir. Ali Təhsil Şurasımız bu istiqamətdə öz təkliflərini TDT katibliyinə məruzə edib. Ümid edirik ki, bu təkliflər yüksək qiymətləndiriləcək”, – deyə R.T. Ərdoğan əlavə edib.
Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.
Ləman Əsədli