Əsas səhifə » Tramp Qasım Süleymaninin öldürülməsi ilə bağlı İranla ittifaq qurduqlarını açıqlayıb

Tramp Qasım Süleymaninin öldürülməsi ilə bağlı İranla ittifaq qurduqlarını açıqlayıb

Laman Asadli

Bakı, AzerPress:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə ABŞ-ın hava hücumunda öldürülən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymani ilə bağlı İranla ittifaq qurduqlarını açıqlayıb.

AzerPress xəbər verir ki, Tramp İranın sözügedən sui-qəsddən sonra onunla əlaqə saxladığını bildirib.

“Vurulan ABŞ Pilotsuz Uçuş Aparatının yaxınlığında göyərtəsində 39 mühəndis və pilotun olduğu böyük motorlu təyyarə olub. Lakin həmin təyyarə vurulmamışdı. Amma biz İranı vurmalı idik. Biz onların radarını söndürdük. İranlılar bizə zəng edib dedilər ki, bizim başqa çarəmiz yoxdur, reputasiyamızı xilas etmək üçün sizi vurmalıyıq, müəyyən hərbi bazaya 18 raket atacağıq, amma narahat olmayın, raketlər bazaya çatmayacaq”, – deyə o əlavə edib.

banner

Xatırladaq ki, İran Süleymaninin öldürülməsindən sonra cavab olaraq İraqın Ənbar əyalətindəki ABŞ-ın Ayn əl-Əsəd hava bazasına və Ərbildə Amerika əsgərlərinin yerləşdiyi nöqtələrə ən azı 22 raket zərbəsi endirib. Hücumlar gecə yarısı başlayıb və İran İnqilab Keşikçiləri bu hücumların ABŞ tərəfindən öldürülən Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsinin qisasını almaq məqsədi daşıdığını açıqlayıb.

İranın dini lideri Əli Xamneyi İranın İraqdakı Amerika bazalarına raket zərbəsi endirməsini Qasım Süleymaninin öldürülməsi ilə bağlı olduğunu ifadə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice