93
Bakı. AzerPress:
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə Adanada 20 il müddətinə neft istismarı lisenziyası verilib.
AzerPress xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.
Məlumata əsasən, “Güney Yıldızı”neft hasilatı şirkətinin Adanada ümumi sahəsi 1013 hektar olan iki yataqda neft istismarı lisenziyasının 26 noyabrda müddəti bitdikdən sonra sözügedən lisenziyanın noyabrın 27-dən başlayaraq 20 il müddətinə TPAO-ya verilməsi qərara alınıb.