Əsas səhifə » The New York Times OpenAI və Microsoft-a qarşı müəlliflik hüququ iddiası qaldırıb

The New York Times OpenAI və Microsoft-a qarşı müəlliflik hüququ iddiası qaldırıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

The New York Times OpenAI və Microsoft-a qarşı müəlliflik hüququ iddiası qaldırıb.

AzerPress-in məlumatına görə, The New York Times qəzeti onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə pozulduğunu iddia edib.

Qəzet tərəfindən dərc edilən milyonlarla məqalə, indi etibarlı məlumat mənbələri kimi xəbər təşkilatları ilə rəqabət aparan chatbotları hazırlamaq üçün istifadə edilib.

banner

“The New York Times” qəzetinin verdiyi şikayətdə qeyd olunub ki, qəzetin əsərlərinin “qanunsuz surətdə çıxarılması və istifadəsi” ilə bağlı “milyardlarla dollarlıq qanuni və faktiki ziyana” görə məsuliyyət daşımalıdırlar.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice