Əsas səhifə » TFF Super Kubok böhranını idarə edə bilmədi – Bahçeli

TFF Super Kubok böhranını idarə edə bilmədi – Bahçeli

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə Futbol Federasiyası Super Kubok böhranını idarə edə bilmədi.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

“Türkiyənin güclənən iradəsinə, artan nüfuzuna kölgə salmaq, süni daxili problemlər yaradaraq bunun qarşısını almaq üçün daxili və xarici əməliyyatlar günü-gündən irəliləməkdədir. Bu kampaniya prosesinin 31 Mart 2024-cü il Yerli Hökumət Seçkilərinə qədər davam edəcəyi gözlənilir”, – deyə o vurğulayıb.

banner

Bahçeli onu da bildirib ki, Türk idmanını siyasi qarşıdurmalarla üz-üzə qoymaq nə vətənpərvərliyə, nə də millətçiliyə uyğun gəlmir.

Xatırladaq ki, 29 dekabr tarixində Türkiyə Superkubokunun final oyunu ləğv olunub.

Oyunun başlamasına bir müddət qalmış “Fenerbahçe” və “Galatasaray” futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün “Yurtda sulh, cihanda sulh” sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice