94
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların reytinq cədvəlini açıqlayıb.
İdman.biz xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı göstəriciyə Teymur Rəcəbov məxsusdur.
Beynəlxalq qrossmeyster 2745 xalla 14-cü pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2734) bir pillə irəliləyərək, 16-cı mövqeyə yüksəlib. Nicat Abbasov (2679) 53-cü, Rauf Məmmədov (2644) isə 99-cu yerdə qərarlaşıb.
Reytinq cədvəlinə Maqnus Karlsen (2829) başçılıq edir. Onu Fabiano Karuana (2795) və Dinq Liren (2780) izləyir.
Qadın şahmatçılardan ən yaxşı göstəriciyə Günay Məmmədzadə malikdir. O, 29-cu pillədə yer alıb. Ülviyyə Fətəliyeva 57-ci, Gövhar Abdullayeva 68-ci, Gülnar Məmmədova isə 94-cü pillədə qərarlaşıblar.
Zəki Feyzullayev
İdman.biz