77
Bakı. AzerPress:
Terroru tamamilə məhv edənə qədər mübarizəmizi davam etdirəcəyik.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
“Terror təşkilatlarına qarşı mübarizəmiz böyük əzmlə, terroru məhv edənə qədər davam edəcək. Türkiyənin cənubunda terror dövləti qurmaq istəyən terror təşkilatları və onların əlaltıları heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Əmin-amanlığı pozmaq istəyənlər ölkəmizin, dövlətimizin, millətimizin təhlükəsizliyini təhdid edənlərə qarşı mübariəmiz davam edir”,- deyə nazir bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_