Əsas səhifə » Terrorla mübarizədə hər zaman dövlətin yanındayıq – İYİ Parti

Terrorla mübarizədə hər zaman dövlətin yanındayıq – İYİ Parti

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Terrorla mübarizədə hər zaman dövlətin yanındayıq.AzerPress-in məlumatına görə, bu barədə İYİ Parti sözçüsü Kürşad Zorlu CHP və DEM Partiyasının terrora qarşı birgə bəyannamə imzalamamasına reaksiya olaraq deyib.“Təəssüf ki, bəzi siyasi partiyalarımız məsələyə siyasi arenada qiymət verməyə üstünlük verdilər. İyi Parti terroru siyasətdən üstün, dövlət məsələsi olaraq görür və dövlətinin yanındadır”- deyə Zorlu qeyd edib.O bildirib ki, İYİ Parti İraqın şimalındakı əməliyyatları dəstəkləyir.Xatırladaq ki, 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olub.Hücumun ardından Türkiyə Silahlı Qüvvələri İraqın Şimalına hava əməliyyatı keçirərək terrorçu qüvvələri məhv edib.Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice