Əsas səhifə » Telegram 3 milyon rubl cərimələndi

Telegram 3 milyon rubl cərimələndi

Mir Səməd İbrahimov

Bakı, AzerVoice

Rusiyada məhkəmə Telegram-ı 3 milyon rubl (təxminən 34 min dollar) məbləğində cərimələyib.

AzerVoice xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin Telegram-a qarşı qaldırdığı iddialara Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada hökumət əleyhinə olan xəbərlərə Telegram vasitəsilə daxil olmağın mümkün olduğunu əsas gətirərək şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl məbləğində cərimələyib.

banner

Qeyd edək ki, Telegram Rusiyada ən məşhur sosial media platformasıdır. O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.

Digər Kateqoriyalar

2023 © AzerVoice