25
Bakı, AzerVoice
Çinlə suverenlik mübahisəsi olan Tayvanda döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb və pilot itkin düşüb.
AzerVoice xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama verib.
Qeyd edilib ki, Fransa istehsalı olan “Mirage 2000” tipli döyüş təyyarəsi adanın şimal-qərbində Hsinçu əyaləti sahillərində gecə uçuş təlimi zamanı dənizə düşüb.
Bildirilib ki, qəzada pilot qəzadan əvvəl oturacağı yerə ataraq özünü təyyarədən təxliyyə edib, silahlı qüvvələr və sahil mühafizə bölmələri itkin düşən pilotun tapılması üçün əməliyyat aparır.
Hafiz Rufizoğlu