Əsas səhifə » Tarixdə bu gün – 9 Avqust

Tarixdə bu gün – 9 Avqust

Azer Voice

Bakı,AzerVoice

1173    Tikintisi iki əsr çəkəcək Piza qülləsinin tikintisinə başlandı.

1805    Avstriya, Böyük Britaniya, İsveç, Rusiya və Neapol Napoleona qarşı ittifaq yaratdılar.

1892    Tomas Edison ikitərəfli teleqrafını patentləşdirdi.

banner

1902    VII. Edvard Böyük Britaniyanın kralı elan edildi.

1915    İlk Anafartalar Qələbəsi qazanıldı.

1928    Türkiyədə Əlifba İnqilabı həyata keçirildi ərəb əlifbası əvəzinə Latın əlifbası qəbul edildi.

1942    Mahatma Qandi Bombeydə ingilis qoşunları tərəfindən həbs edildi.

1945    ABŞ Yaponiyanın Naqasaki şəhərinə atom bombası atdı: təxminən 70.000 insan həlak oldu.

1949    Türkiyə Avropa Şurasına üzv oldu.

1951    Türkiyədə Ödənişli Həftə Sonu Tətil Qanunu qüvvəyə minir.Bayram və həftəlik bayram günlərində işçilərin işlədikləri yerlərdən yarım günlük maaş almalarına qərar verilir.

1965    Sinqapur Malayziyadan müstəqillik qazandı.

1969    Çarlz Mensonun başçılıq etdiyi dini qrup üzvləri Los-Ancelesdə (Kaliforniya) Roman Polanskinin hamilə arvadı Şeron Teyti, Abigail Folgeri, polşalı aktyor Voyçex Frikovskini, kişi bərbəri Cey Sebrinqi və gənc orta məktəb məzunu Stiven Parenti qətlə yetirdilər.

1973    Türkiyə Mərkəz Bankı qərarı ilə dollar alışına məhdudiyyət qoyuldu və İstanbulda bankların 200 dollardan çox dəyişməyəcəyi açıqlandı.

1974    Watergate qalmaqalı nəticəsində Riçard Nikson istefa verdi, onun vitse-prezidenti Cerald Ford ABŞ prezidenti oldu.

1999    Rusiya Prezidenti Boris Yeltsin baş nazir Sergey Stepaşini vəzifəsindən azad etdi.

2007    Köksal Toptan 535 etibarlı səsdən 450-ni alaraq Türkiyə Böyük Millət Məclisinin sədri seçildi.

Digər Kateqoriyalar

2023 © AzerVoice