Bakı, AzerVoice
1526 Budapeşt Osmanlı ordusu tərəfindən fəth edildi.
1851 Məşhur pedaqoq, naşir və türkoloq İsmayıl Qaspıralı anadan oldu.
1853 İlk dəfə elektrik teleqrafından istifadə edildi.
1855 Osmanlı orduları müttəfiq olduğu dövlətlər ilə birlikdə Sevastopola daxil oldu.
1888 Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazıldı.
1919 Amerika dəniz piyadaları Hondurası işğal etdi.
1922 Türkiyə Bursa vilayətini yunanlardan azad etdi.
1923 Mustafa Kamal Xalq Partiyasının sədri seçildi.
1926 Ankara avtomatik telefon kommutatoru istifadəyə verildi.
1941 Van gölü və ətraflarında zəlzələ baş verdi. 194 nəfər öldü, 36 kənd tamamilə dağıldı.
1948 Pakistan prezidenti Məhəmməd Əli Cinna vəfat etdi.
1954 Ankarada Kipr Türk Komitəsi yaradıldı.
1957 Güclü yağış Ankarada daşqınlara səbəb oldu. Daşqınlar nəticəsində 133 nəfər həlak oldu.
1970 Sovet İttifaqının liderlərindən olan Nikita Xruşşov vəfat etdi.
1992 TEMA (Türkiyə Eroziya ilə Mübarizə, Ağaclaşdırma və Təbii Varlıqların Qorunması Vəqfi) Hayrettin Karaca və Nihat Gökyiğit tərəfindən təsis edildi.
1994 İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsi Cümhuriyyət qəzetini bağladı. Qəzetin antiterror qanununa zidd nəşrlər etdiyi iddia edildi.
2001 ABŞ-də Dünya Ticarət Mərkəzi Əkiz Qüllələr və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumuna məruz qaldı, 2 metro stansiyası yararsız hala düşdü. Baş verən hadisədə 2976 nəfər öldü, 6291 nəfər yaralandı. 11 sentyabr hadisələri Əfqanıstanın işğalı üçün bəhanə oldu.
2012 İstanbul Qazi Polis İdarəsində partlayış baş verdi, bir polis məmuru həyatını itirdi, dörd polis məmuru və dörd vətəndaş yaralandı, partlayışa görə məsuliyyəti DHKP-C üzərinə götürdü.