Əsas səhifə » Süni intellekt yumorda insanları üstələyir

Süni intellekt yumorda insanları üstələyir

Fərid Mikayilov

Bakı,AzerVoice

Alimlər süni intellektin zarafatlarının insanlardan daha gülməli ola biləcəyini irəli sürüblər.

AzerVoice xəbər verir ki, son bir neçə ildə sürətlə inkişaf edən süni intellekt müxtəlif peşələri insanların əlindən almaq qorxusu yaradır. İncəsənət və əyləncə sahəsi də bu siyahıya daxildir.

Bu narahatlıqların nə qədər real olduğunu yoxlamaq üçün tədqiqatçılar ChatGPT və insanların zarafatlarını müqayisə etdilər.

banner

Çərşənbə günü PLOS One jurnalında dərc edilən araşdırmada 105 iştirakçıdan üç qaydaya uyğun olaraq zarafat yazmaq istənilib. İştirakçılar qaydalara uyğun olaraq verilən söz birləmələrindən yumoristik ifadələr çıxardılar.

ChatGPT 3.5-ə də eyni göstərişlər verildikdən sonra hər iki tərəfdən zarafatlar qarışdırılaraq 200 nəfərə təqdim edilib.

İştirakçıların 70 faizi süni intellektli söhbət botunu daha gülməli görüb. İştirakçıların 25 faizi insanların etdiyi zarafatlara, 5 faizi isə hər iki tərəfin eyni dərəcədə gülməli olduğunu düşünür.

“ChatGPT emosiyalar hiss etməsə də, innovativ zarafatları insanlardan daha yaxşı edir”,- deyə araşdırmanı aparan Drew Gorenz bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice