Bağdad, AzerVoice
İraqda Nuri əl-Maliki ilə Məhəmməd Şia əl-Sudani arasında gedən soyuq müharibə ölkə həyatının bütün sahələrində öz əksini tapır. Hər iki siyasi rəqib növbəti seçki arenasına sürətlə irəliləyir. Bəzi siyasi ekspertlər hesab edir ki , bu iki rəqib arasında sövdələşmə olmasa İraq çox ciddi problemlər qarşısında qalacaq.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, gələn il iraqlılar parlamentdə öz nümayəndələrini seçməli idilər, lakin keçmiş baş nazir Nuri əl-Maliki növbədənkənar seçkilərin olmasında israrlıdır. Çoxları növbədənkənar seçkilərin mümkünlüyünə şübhə etsələr də, növbədənkənar seçkilərin keşirilməsi ilk növbədə hazırki siyasi hakimiyyətə müharibə elan etməkdir. Digər bir tərəfdən növbədənkənar seçkilərin olması üçün siyasi mühitin olması və buna uyğun qanun layihəsinin olması lazımdır.
Əl-Maliki qanun layihəsinin hazırlanmasında ən həvəsli siyasətçidir. İranın dəstəyi ilə məzhəb müharibələri fonunda hakimiyyətə gələn Maliki hal-hazırda özünü tacsız padşah hesab edir. “ O İran və Amerika sevgisinin nəticəsidir” fikri ilə bir çox iraqlı razıdır. Maliki İraqda olan məzhəb problemindən və İran faktorundan məharətlə istifadə edə bilən bir siyasi fiqurdur.
Hökumətdən getdikdən sonra da, Əl-Maliki şiə siyasi layihəsinin xaç atası olaraq qaldı, məzhəb dominantlığı üzərində qurulan partiyalar o hakimiyyətdə olmasa belə bir çox mübahisəli məslələrdə məhz ona müraciət edirdilər.
Əl-Maliki özünü “müasir İraq şiələrinin xilaskarı” kimi təqdim edir və sünnilər və kürdlərdlə siyasi ittifaqın mümkünszülüyünü iddia edir.
Hazırki baş nazir ilə Məhəmməd Şia əl-Sudaniyə gəlincə isə, Amerika qüvvələri İraqı işğal edəndə və Səddam Hüseyn rejimini devirəndə o Meysan əyalətində (cənubda) hökumətdə işləyən kənd təsərrüfatı mühəndisi idi . Səddamın devrilməsindən sonra müxalif qohumları və ailəsinin hesabına ulduzu parlayan əl-Sudan daha sonra bizneslə məşğul olmağa başlayır. Sonrakı illərdə Əl-Sudani dövlət idarələri sıralarına yüksəldi və Əl-Maliki hökümətində müxtəlif vəzifələrdə çalışdı. Əl-Sudani ciddi siyasi təcrübəyə sahib olmasa da hakimiyyətdə olduğu müddət ərzində böyük təcrübə topladı.
Belə görünür ki, Əl-Maliki əl-Sudanini “doğru adam” hesab edirdi. Əl-Maliki hökümətində ikinci dərəcəli məmur olan əl-sudani illər ərzində məzhəb faktorundan faydalanaraq, şiə ictimai –siyasi həyatında möhkəmlənə bilmişdi.
İraqda keçiriləcək parlament seçkilərinin tam vaxtı hələ təyin olunmasa da iki şiə lider arasında olan siyasi gərginlik durmadan artmaqdadır. Bunun ölkənin siyasi həyatına necə təsir edəcəyini zaman göstərəcək.