Əsas səhifə » Stoltenberq İsrailin Qəzzada humanitar yardım təşkilatını hədəf alan hücumunu pisləyib

Stoltenberq İsrailin Qəzzada humanitar yardım təşkilatını hədəf alan hücumunu pisləyib

Tasnim İsmixan

Bakı. AzerVoice:

NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzzada humanitar yardım təşkilatı World Central Kitchen (WCK) işçilərini hədəf alan hücumunu pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Stoltenberq Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarının sonunda jurnalistlərə açıqlama verib.

O, Qəzzada baş verənlərin humanitar fəlakət olduğunu deyib.

banner

“Qəzza zolağında əzab-əziyyəti görürük, dinc insanların öldürüldüyünü görürük, yardım işçilərinə hücumu da gördük. Bu hücumu qınayıram” – deyə Stoltenberq bildirib.

Xatırladaq ki, aprelin 1-də  İsrail ordusu Qəzza zolağında fəaliyyət göstərən World Kitchen Center-in (WCK) humanitar yardım işçilərinə hücum edib. Hücum zamanı yeddi yardım işçisi həlak olub. 

Təsnim Rufizqızı

Digər Kateqoriyalar

2023 © AzerVoice