Əsas səhifə » Silahlı Qüvvələr Günü ərəfəsində mediaturlar təşkil edilib

Silahlı Qüvvələr Günü ərəfəsində mediaturlar təşkil edilib

Tasnim İsmixan

Bakı. VOA

26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib.

Bu barədə VOA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

banner

Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice