Bakı, AzerVoice
Türkiyənin Şanlıurfa vilayətində narkotik əməliyyatında nəzarətə alınan 18 şübhəli həbs edilib.
AzerVoice xəbər verir ki, bu istiqamətdə Şanlıurfa Respublika Baş Prokurorluğunun koordinasiyasında Vilayət Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları tərəfindən əməliyyat keçirilib.
Ədliyyəyə sövq edilən şübhəlilər hakimlik tərəfindən həbs edilib.
Xatırladaq ki, qruplar tərəfindən müəyyən edilən ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatda 13 kiloqram narkotik, 192 qram kimyəvi maddə, 1 dəqiq tərəzi və 4 sənədsiz silah ələ keçirilib.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya tədarükü” cinayətinə görə 18 şübhəli saxlanılıb, 23 şübhəli barəsində isə “narkotik vasitələrdən istifadə” cinayəti ilə istintaq başlanıb.
Hafiz Rufizoğlu