Əsas səhifə » Şahin Bağırov Mərkəzi Gömrük Hospitalının fəaliyyətində fərqlənən tibb işçilərini təltif edib

Şahin Bağırov Mərkəzi Gömrük Hospitalının fəaliyyətində fərqlənən tibb işçilərini təltif edib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Dekabrın 25-də Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbirində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivini 15 illik yubiley münasibətilə təbrik edib, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının yaranma tarixi barədə, bu müddət ərzində qazanılan nailiyyətlər, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi zamanı tibb işçilərinin böyük əməyi barədə danışıb və öz tövsiyələrini verib. Dövlət Gömrük Komitəsinin sədri fəaliyyətində fərqlənən tibb işçilərini Fəxri Fərman ilə təltif edib.

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova, Tibbi Laboratoriya şöbəsinin həkim-laborantı Ülkər Məmmədova, həkim-biokimyaçı Reyhan Əliyeva, tibb bacısı Xırdaxanım Abbasova, Mühasibatlıq şöbəsinin mühasibləri Ramili Kərimov, Nizami Paşayev, Radiologiya şöbəsinin həkim-radioloqu Emin Məmmədov, həkim-sonoloq Tükəzban Abdullayeva, Travmatologiya və Ortopediya şöbəsinin həkim-travmatoloqu Müseyib Əhmədov, İnformasiya Texnologiyaları şöbəsinin mühəndis-proqramlaşdırıcısı Natiq Orucov, Poliklinika şöbəsinin böyük tibb bacısı Gültəkin Quliyeva, Stomatologiya şöbəsinin tibb bacısı Məlahət Kərimova, Neonatologiya şöbəsinin böyük tibb bacısı Sevda Abbasova və Nefrologiya və Efferent Terapiya şöbəsinin texniki Arif Kosayev Azərbaycan Respublikası Gömrük İşini Aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanları ilə təltif olunublar.

Xidmətdə fərqlənmiş Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını Fəxri Fərman ilə təltif olunmaları münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice