Əsas səhifə » Rusiyanın Kaspersky şirkətinə ABŞ-da qadağa

Rusiyanın Kaspersky şirkətinə ABŞ-da qadağa

Yamin Savalanli

Bakı, VOA

ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.

VOA xəbər verir ki, ABŞ Ticarət Naziri Gina Raimondo verdiyi açıqlamada şirkətlə bağlı son dərəcə əhatəli araşdırmalardan sonra bu nəticəyə gəldiklərini bildirib.

Raimondo bildirib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və “silaha çevirmək” üçün Kasperski kimi Rusiya şirkətlərindən istifadə etmək qabiliyyətinə və niyyətinə malik olduğunu nümayiş etdirib.

banner

Qeyd edək ki, ABŞ mətbuatında çıxan xəbərlərdə Kaspersky-nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, mövcud müştərilərinə isə sentyabrın 29-dək antivirus proqram təminatı təqdim edə biləcəyi qeyd edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice