Əsas səhifə » Rumelidəki Uc bəylərinin Osmanlı tarixində rolu nə idi?

Rumelidəki Uc bəylərinin Osmanlı tarixində rolu nə idi?

admin

Bakı, AzerPress:

Bəyliyin əsas qüvvələrini təşkil edən qazilərin başçısı Süleyman Paşanın idarə etdiyi Rumeli Anadoluda müstəqil əraziyə çevrilmişdi. Dövlətin ərazisinin genişlənməsində Ucların (müsəlman və xristian sərhədlərini ayıran ərazi) mühüm rolu olub. Uc ənənəsi getdikcə daha da genişlənir və yeni sərhədləri əhatə edirdi.

İlk dövrlərdə bəylərin idarə etdiyi Uc sancaqlarında hakimiyyət irsi idi və mərkəzi idarədən asılı deyildi. Uc bəyləri fəth etdikləri torpaqları öz adamlarına timar (şərti feodal torpaq mülkiyyəti) kimi paylayır, qonşu dövlətlərlə birbaşa əlaqələr saxlayırdılar.

Bəylərbəyilər sultan tərəfindən təyin edilirdi və Rumelinin bütün sancaqlarında hakimiyyət onlarda idi. Lakin Osmalı sultanı Fateh Sultan Mehmet (1432-1481) hakimiyyətə gələnə qədər uc bəyləri ilə bəylərbəyilər arasında güclü rəqabət var idi. Tarixçi Halil İnalcık bu münaqişəyə xüsusi diqqət yetirib.

banner

Osmanlıda çoxhakimiyyətlilik dövrü hesab edilən “Fitrət dövrü”ndə mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində Rumelidə əsas idarəçilik uc bəylərinin əlinə keçdi. Bu dövrdə hökmdarlar uc bəylərinin kimin tərəfində olmasına görə təyin edilirdi.

Sultan II. Muradın (1404-1451) hakimiyyəti zamanı uc bəylərinin həddən artıq artan nüfuzunu zəiflətmək üçün əyalət və sancaqlara sarayda yetişən qullar təyin olunmağa başladı. Fateh Sultan Mehmetin dövründə bu siyasətin davamlı şəkildə şəkildə həyata keçirilməsi nəticəsində Uc bəyləri dövlətdəki üstün nüfuzlarını itirdilər.

Nəticədə, mərkəzi hakimiyyətin inzibati və hərbi mexanizmdə dönmələrə (xristianların müsəlmanlaşdırılması) üstünlük verərək Uc bəylərinin nüfuzunu azaltmağa çalışması Rumeli əsgərlərinin müxtəlif üsyanlara (Düzməcə Mustafa hadisəsi, Şexh Bədrəddin üsyanı) dəstək vermələrinə gətirib çıxardı.

OSMANLI DÖVLƏTİ TARİXİ

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice