Əsas səhifə » Roberto Baggionun evinə silahlı hücum olub

Roberto Baggionun evinə silahlı hücum olub

Fərid Mikayilov

Bakı,VOA

Keçmiş İtalyalı futbolçu Roberto Baggionun Caldogno yaxınlığındakı meşəlik ərazidəki evində ailəsi ilə birlikdə İspaniya-İtaliya matçını izləyərkən beş silahlı şəxs tərəfindən qarət edilib.

VOA xəbər verir ki, soyğunçular Baggio və ailə üzvlərini otağa bağlayaraq, saat, zinət əşyaları və bir qədər pul oğurlayaraq qaçıblar.

Baggionun başına tapançanın qundağı ilə vurulduğu və bu şəkildə yaralandığı bildirilib.

banner

Hadisədən sonra Roberto Baggionun xəstəxanaya aparılıb və alnına tikişlər vurulub. Digər ailə üzvləri isə xəsarət almayıb.

Qeyd edək ki, 57 yaşlı Roberto Baggio 1980-2000-ci illər arasında İtaliya futbolunda “ən yaxşı” 10 nömrələrdən biri hesab olunurdu. Roberto Baggio 1994-cü ildə Braziliyaya qarşı keçirilən Dünya Kubokunun finalında İtaliyanın kuboku itirməsi ilə nəticələnən penaltilər seriyasındakı uğursuzluğu ilə də tanınır.

Digər Kateqoriyalar

2023 © AzerVoice