Əsas səhifə » Rəfah İsrailin hərbi əməliyyat bölgəsinə çevrilib

Rəfah İsrailin hərbi əməliyyat bölgəsinə çevrilib

Hafiz Rufizoglu

Bakı, VOA

Rəfah İsrailin hərbi əməliyyat bölgəsinə çevrilib.

VOA xəbər verir ki, bu barədə Qəzza zolağının cənubundakı Rəfah şəhərinin meri Əhməd əl-Sufi bildirib.

O qeyd edib ki, İsrail ordusu Qəzza zolağının ən cənub hissəsində yerləşən Əbu Bəkr əs-Siddiq küçəsindəki evləri və şəhərin qərbindəki bütün yaşayış yerlərini dağıdıblar.

banner

“Hərbi əməliyyatların davam etdirilməsi, keçidlərin bağlanması və ərzaq ehtiyatlarının ölkəyə girişinin qarşısının alınması nəticəsində Rəfahda əsl humanitar fəlakət baş verir” – deyə əl-Sufi bildirib.

Rəfahda heç bir xəstəxana və sağlamlıq mərkəzinin olmadığını qeyd edən Sufi, humanitar və sağlamlıq vəziyyətinin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, İsrailin Rəfahda yerləşən çadırları hədəf alması nəticəsində 25 fələstinli ölüb, 50-dən çox fələstinli yaralanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice