Əsas səhifə » Qlobal enerji tələbatı 2050-ci ilədək 20 faiz artacaq – Mohamed Hamel

Qlobal enerji tələbatı 2050-ci ilədək 20 faiz artacaq – Mohamed Hamel

Narmin Ağayeva

Bakı. AzerVoice :

Qlobal enerji tələbatı 2050-ci ilədək 20 faiz artacaq.

AzerVoice xəbər verir ki, bu barədə bu gün Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel 29-cu Bakı Enerji Forumu çərçivəsində “Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq” mövzusunda panel müzakirəsində deyib.

“Proqnozlara görə, qlobal enerji tələbatı 2050-ci ilədək 20 faiz artacaq. Bu, əhalinin artımı ilə əlaqəlidir, üstəlik bu artımın 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Sosial-iqtisadi inkişaf və qlobal iqtisadiyyatın həcminin ikiqat artması da öz rolunu oynayacaq. Təbii qazı təmiz karbohidrogen yanacağı kimi nəzərdə tutan model enerji təhlükəsizliyinin təmin edilməsində və enerji keçidinin asanlaşdırılmasında əsas rol oynayır. Təbii qaz ənənəvi yemək hazırlamaq və isitmək üçün ənənəci vasitələrin dayanıqlı alternativi olaraq çıxış etməklə, məkanın çirklənməsini və meşələrin qırılmasını əhəmiyyətli dərəcədə azaldır. Kömürdən təbii qaza keçid şəhərlərdə havanın keyfiyyətini yaxşılaşdırır və istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldır. Bu məsələ Meksikanın gələcək azad və dayanıqlı iqtisadi inkişafı üçün birinci dərəcəli əhəmiyyət kəsb etməklə təhlükəsizliyi təmin edirvə uzunmüddətli perspektivə üçün investisiyaları təşviq edir”, – o deyib.

banner

Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice