Əsas səhifə » Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Tasnim İsmixan

Bakı. AzerVoice

Sentyabrın 27 – 28 Qırğızıstan Respublikasının Oş şəhərində təşkil edilmiş 8-ci “Cənub-Ekspo 2024” və 4-cü “Qırğızıstan – Böyük İpək Yolunda” adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.

AzerVoicebu barədə Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda ölkəmizin mövcud turizm potensialı Azərbaycan milli stendində təbliğ edilib.

banner

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən “Böyük İpək Yolunda Turizm” adlı plenar sessiyada ölkə turizmi haqqında təqdimat həyata keçirilib

Digər Kateqoriyalar

2023 © AzerVoice